Accessibility links

Sabiq köməkçi ABŞ  baş prokurorunun ifadəsini təstiqləməyib


ABŞ Baş Prokuroru Alberto Qonzalezin sabiq köməkçisi bu gün Konqresdə verdiyi ifadəsində baş prokurorun 8 prokurorun işdən çıxarılmasında rolu olmadığı haqda dediklərinin yanlış olduğunu bildirib. O, prokurorlar işdən çıxarılmazdan 10 gün əvvəl bu məsələni cənab Qonzalezlə müzakirə etdiyini bildirib.

Senat Ədliyyə Komitəsi qarşsında əvvəllər ifadə vermiş Alberto Qonzalez prokurorların işdən azad olunmasında heç bir rolu olmadığını demişdi. Hazırda Konqresin həm Respublikaçı həm də Demokrat üzvləri baş prokurorun yalan danışdığını iddia edərək onun istefasını tələb edirlər.

XS
SM
MD
LG