Accessibility links

ABŞ və İraq qüvvələri Bağdadda növbəti reyd keçiriblər


ABŞ və Iraq hərbi qüvvələri Bağdadda reyd zamanı ölkəyə bombalar gətirən şəbəkəylə əlaqəsi olan bir şübhəlini ələ keçirdiklərini bildiriblər. Onun ölkəyə zirehli maşınları dağıdacaq bombalar gətirən qrupla əlaqəsi olduğuna inanılır.

Xəbər verilir ki, bu gün Bağdadda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində bir ABŞ hərbiçisi həlak olub, digəri isə yaralanıb.

İraq rəsmilərinin bildirdiklərinə görə, Bağdadda və şimaldakı Xalis şəhərində dünən həyata keçirilən intiharçı hücumlar nəticəsində təqribən 130 adam həlak olub. Ən güclü intiharçı hücumlar Bağdadın Şahab məntəqəsindəki bir bazarda baş verib. Xəstəxanaların verdiyi məlumata görə, həmin hücumlar nəticəsində ölənlərin sayı 82-yə, yaralananların sayı isə 100-ə çatıb. Xalis şəhərində də bir bazarda üç maşının eyni vaxda partladılması nəticəsində azı 43 adam həlak olub, 80-dən çox adam isə yaralanıb.

XS
SM
MD
LG