Accessibility links

Rusiya qanunvericiləri konstitusiyada dəyişikliklər edilməsinə çağırırlar


Rusiya qanunvericiləri gələn il keçiriləcək prezident seçkilərində yenə də prezident Vladimir Putinin namizədliyini irəli sürə bilməsi üçün konstitusiyada dəyişikliklər edilməsini istəyirlər. Onlar prezidentin cəmi iki dəfə seçilə bilməsini təsbit edən qanununun dəyişməsinə çağırırlar.

Rusiya parlamentinin Yuxarı Palatasının sözçüsü Sergey Mironov bu gün bildirib ki, prezidentin üçüncü dəfə 4 il müddətinə seçilməsi üçün konstitusiyada dəyişikliklər edilməlidir. O, eləcə də əlavə edib ki, prezidentlik müddəti 4 il yox, ən azı 5 və ya 6 il olmalıdır. Kremlin sözçüsü isə bu gün bildirib ki, prezident Putin konstitusiyada hərhansı dəyişikliklərin əleyhinədir və dəfələrlə olduğu kimi, indi də gələcək prezidentin demokratik yolla seçiləcəyinə əmin olduğunu təkrar edib.

XS
SM
MD
LG