Accessibility links

Qırğızıstan hökumətinə yeni baş nazir təyin edildi


Qırğızıstanda siyasi böhranların cərəyan etdiyi zaman parlament yeni baş nazirin təyinatını təsdiq edib. Yeni baş nazir Almazbek Atambayev bu gün and içib ki, prezident Kurmanbek Bakiyevə qarşı etirazların artdığı bir vaxt o, ölkədə yenidənqurma işləri aparacaq.

Qeyd edək ki, cənab Atambayev prezidentin siyasi oponenti idi və o, ölkədə artmağa başlayan böhran vəziyyətini dayandırmaq məqsədi ilə dünən Atambayevin namizədliyini irəli sürdü. Yeni baş nazirin təyin edilməsi, sabiq baş nazir Əzim İsabekovun istefasından sonra baş verdi. Cənab İsabekov müxalifət üzvlərinin hökumətə dəvətinin rədd edilməsindən sonra istefa verdi.

XS
SM
MD
LG