Accessibility links

İraqın üç bölgəsində bomba partlayışları baş verib


İraqın Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, bütün ölkə boyu üç maşına yerləşdirilmiş bomba partlayışları nəticəsində azı 11 nəfər həlak olmuş, 46 nəfər isə yaralanmışdır. Rəsmilər bildirirlər ki, Bağdadın şiələrin çoxluq təşkil etdiyi Şədrşəhər məhəlləsinin xəstəxanası yaxınlığında maşındakı bomba partlayışı 5 nəfərin ölümünə, 15 nəfərin isə yaralanmasına səbəb olub. Digər bir hücum isə şiələrin Hillah şəhərindəki yanacaq doldurma stansiyası yaxınlığında baş vermiş və orada da 4 nəfər ölmüş, 20 nəfər yaralanmışdır. Üçüncü bomba hücumu ölkənin şimalındakı Toz Xurmatu yaşayış məntəqəsində baş vermiş və orada 2 nəfər qətlə yetirilmişdir.
XS
SM
MD
LG