Accessibility links

ABŞ prezidenti Britaniya dənizçilərinin dərhal azadlığa buraxılmasına çağırır


ABŞ prezidenti Corc Buş İranın Britaniya əsgələrini saxlanmasını bağışlanılmaz əməl kimi qiymətləndirərək, onların dərhal azadlığa buraxılmasına çağırıb. Prezident deyib ki, İraqın su ərzilərində ələ keçirilən dənizçilərin azad edilməsi ilə bağlı Britaniyanın baş naziri Toni Bleyrin səylərini dəstəkləyir. Corc Buş onları “girov” adlandırıb. Tehranda isə İran prezidenti Mhamud Əhmədinejad bir daha dənizçilərin qeyri-qanuni şəkildə İranın ərazi sularına daxil olduğunu deyərək, Britaniyanın üzr istəmədiyi və vəziyyətlə bağlı təəssüfünü bildirmədiyindən narazılığını dilə gətirimişdir.

XS
SM
MD
LG