Accessibility links

Corc Buş :"Qlobal ticarət yoxsulluqla mübarizənin ən yaxşı yoludur"


ABŞ prezidenti Corc Buş Amerikanın qlobal ticarət sahəsindəki fikir ayrılıqlarının aradan qaldırılması üçün digər dövlətlərlə əməkdaşlığa hazır olduğunu deyib. Braziliya prezidenti Luiz Lula Da Silva ilə Kemp David prezident iqamətgahında görüş keçirən Corc Buş bildirib ki, qlobal ticarət yoxsulluqla mübarizənin ən yaxşı yoludur. Xatırladaq ki, Ümumdünya Ticarət Təşkilatının Doha müzakirələri iyul ayından dayandırılmışdır. Belə ki, yoxsul ölkələr Amerika və Avropanın fermerlərin subsidiyalarının ixtisar edilməsini tələb edirlər. Zəngin ölkələr isə inkişaf etməkdə olan iqtisadiyyatların xidmət və istehsal sektoruna daha artıq yol əldə etmək istəyirlər.

XS
SM
MD
LG