Accessibility links

Rusiyada miqrantların fəaliyyətinə qadağa qoyuldu


Bu gündən etibarən Rusiyanın pərakəndə satış obyektlərində miqrantların fəaliyyəti qadağan edilir. Bu ölçü Rusiya prezidenti Vladimir Putinin Rusiya vətəndaşlarının iş yerləri ilə təmin edilməsinə imkan adlandırdığı qanun paketi çərçivəsində həyata keçirilir. Tənqidçilərin fikrincə, bu qanun xüsusilə Uzaq Şərq olmaqla, ölkədə qiymətlərin artmasına səbəb olacaq. Məhz həmin bölgədə çinli miqrantlar pərakəndə satış fəaliyyəti ilə məğlul idi. Rusiyanın İTAR-TASS xəbər agentliyi 1200 piştaxta təftişinin nəticəsi olaraq, bu gün artıq 4 adamın qanun pozuntusu səbəbi ilə saxlandığını bildirir. Rəsmi təxminlərə görə, Rusiyada əksəriyyəti keçmiş Sovet respublikalarından olmaqla, 12 milyon qeyri-qanuni mühacir işləyir. Onların çoxunun Orta Asiya və Qafqaz respublikalarının vətəndaşları olduğu deyilir.

XS
SM
MD
LG