Accessibility links

Prezidentliyə namizəd Con MakKeyn İraqdadır


ABŞ Senatoru Con Makkeyn İraqa elan olunmamış səfər edib. Bundan öncə İraqda irəliləyiş əldə olunduğunu vurğulayan MakKeyn deyir ki, ABŞ-ın İraqa əlavə qoşun göndərməsi nikbinliyə əsas verir. Respublikaçı Senator və prezidentliyə namizəd Bağdada bu gün Senator Lindzi Graham daxil olmaqla Konqres nümayəndələri ilə birgə gəlib. Cənab Graham deyir ki, Amerika gərək əvvəlcədən İraqa kifayət qədər qoşun yeridəydi. Onun dediyinə görə İraq rəsmiləri də yeni strategiyanın nəticə verdiyinə inanırlar. Bu arada BMT qaçqınlar agentliyi İraqdakı mövcudiyyətini genişləndirmək məramları haqda açıqlama verib.
XS
SM
MD
LG