Accessibility links

Gürcüstan istiqlaliyyətinin memarı dəfn edildi


Minlərlə Gürcü vətənlərini 1991-ildə istiqlaliyyətə aparmış sabiq Prezident Zviad Qamsaxurdiyanın dəfn mərasiminə toplaşıblar. İştirakçılar Qamsaxurdiyanın bayrağa bələnmiş tabutunu qədim Gürcüstan paytaxtı Misxetadan Tiflisə 25 kilometrlik səfərdə müşaiyət ediblər. Sabiq Sovet dissidenti olan Qamsaxurdiya prezident olduqdan az sonra ölkədə baş qaldıran hərbi qiyam üzündən Gürcüstanı tərk etməli oldu. O sonradan vətənə qayıdaraq sabiq Sovet Xarici İşlər Naziri Eduard Şevardnadzeyə qarşı üsyan təşkil etməyə cəhd göstərdi. Cənab Qamsaxurdiya 1993-cü ildə müəmmalı şəraitdə dünyasını dəyişdi. Onun cənazəsi ötən ay Çeçenistandan Gürcüstana gətirildi.
XS
SM
MD
LG