Accessibility links

İran diplomatı azadlığa buraxılıb


İranın rəsmi xəbər agentliyi bildirib ki, təqribən iki ay əvvəl Bağdadda girov götürülən iranlı diplomat azadlığa buraxılıb. Agentlik bildirib ki, məlumatlı mənbələrə əsasən diplomat Cəlal Şərəfi bu gün Tehrana qayıtmalıdır. Məsələ ilə əlaqədar ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Bağdaddakı İran səfirinin ikinci katibi cənab Şərəf, fevral ayında Bağdadda İraq ordusunun paltarlarında olan naməlum silahlı şəxslər tərəfindən girov götürülmüşdü.

XS
SM
MD
LG