Accessibility links

ABŞ prezidenti İraq və Əfqanıstanla bağlı bəyanat verib


ABŞ prezidenti Corc Buş bu gün Ağ Evin Qızılgül Bağçasında İraq və Əfqanıstandakı hərbi əməliyyatlarla bağlı bəyanat verib. Prezident deyib ki, Konqresdə İraq və Əfqanıstandakı qüvvələrin maliyyələşdirilməsini nəzərdə tutan və hər bir şərt irəli sürməyən qanun layihəsinin təsdiq edilməməsi qüvvələrin cəbhə xətlərində gözlənildiyindən daha artıq qalması demək ola bilər. O, bunun yalnız qüvvələrin zərərinə olacağını deyib.

ABŞ prezidenti hərbiçilərin düşmənlərlə mübarizəsi üçün Konqresin onları maddi vəsait, təchizat və avadanlıqla təmin etməsinə ehtiyacı olğudunu bildirib. Prezident Buş deyib ki, Konqres İraqdakı qüvvələrin müharibələrini davam etdirməsi üçün onların ehtiyaclarını qarşılamaqdansa, Vaşiqntonda siyasi mübarizəyə qoşulub. Corc Buş bildirib ki, Konqres yaz tətilindən qayıtdıqdan dərhal sonra sənədi ona təqdim etməlidir. ABŞ prezidenti Corc Buş bir daha sənədə veto qoyacağına vəd verib.

Senatın demokrat lideri Harri Rid deyib ki, prezident sənədə veto qoysa, maliyyə fondlarının ixtisarına dair yeni qanun layihəsi təsdiq ediləcək. Qeyd edək ki, dünən Buş administrasiyası demokratların nəzarət etdiyi Konqresi ABŞ qüvvələrinin İraqdan çıxarılmasına vaxt qoyan vəsaitlər haqda qanun layihəsinin təsdiqinə görə qınamışdı.

Ağ Evin söçüsü deyib ki, demokratlar ABŞ qüvvələrinin İraqdan nəticələrin nə olacağına əhəmiyyət vermədən çıxarılmasını istəyir. Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası və Senatında artıq hərbi maliyyələşdirmə və qüvvələrin İraqdan çıxarılmasına dair iki ayrı-ayrı sənəd təsdir edilib.

Amerikanın Müdafiə Nazirliyi dünən elan edib ki, 7 000 əsgərin bir illik məzuniyyəti dayandırılacaq və onlar İraqdakı hərbi qüvvələrə əlavə ediləcək.

XS
SM
MD
LG