Accessibility links

Ərbildə nəzarət altına alınan iranlılarla görüş keçiriləcək


İranın rəsmi xəbər agentliyi bildirir ki, İran nümayəndələri ABŞ qüvvələri tərəfindən İraqın Ərbil şəhərində nəzarət altına alınan 5 iranlı ilə görüş keçirəcək. Xəbərlədə görüşün nə zaman və harada təşkil ediləcəyi barədə məlumat verilmir. Lakin bildirilir ki, onlarla görüş İranın Bağdaddakı səfirlik nümayəndələri tərəfindən keçiriləcək. ABŞ-ın İraqdakı hərbi qüvvələri xəbərə münasibət bildirməyib. Amerika nəzarət altına alınanların İranın sərtxətt tərəfdarı İnqilabi Qvardiyası ilə əlaqəsi olduğunu və onların İraqdakı yaraqlılara dəstək verdiyini bildirir. İran isə həmin şəxslərin diplomatlar olduğunu iddia edir.

XS
SM
MD
LG