Accessibility links

Britaniya dənizçiləri vətənlərinə qayıtdı


İran tərəfindən iki həftəyə yaxın saxlanılan 15 Britaniya dənizçisi vətənlərinə qayıdıb. 14 kişi və 1 qadın Tehrandan sərnişin təyyarəsi ilə Londonun Hitrou aireportuna, oradan da vertolyotla ölkənin cənub-şərqindəki hərbi bazaya aparlıb. Orada dənizçilərin dindirilmələri gözlənilir.

Onlar geri qayıdarkən hərbi paltarlarını geyiniblər.

Bu arada Britaniyanın baş naziri Toni Bleyr deyib ki, dənizçilər hər hansı bir sövdələşmə olmadan azadlığa buraxılıb. O söyləyib ki, İranla yeni və maraqlı bir rabitə yolu yaranıb və İran arzu etdiyi təqdirdə əlaqələrdə dəyişiklik baş verə bilər.

İranın prezidenti Mahmud Əhmədinəjad dünən dənizçilərin azadlığa buraxılmasını Britaniya xalqına hədiyyə adlandırmışdı. Iran dənizçilərin öz ərazi sularında saxlanıldığını desədə Britaniya bu iddianı rədd edir.

XS
SM
MD
LG