Accessibility links

Çeçenistanın yeni prezidenti sülhə çağırıb


Çeçenistan Respublikasının yeni prezidenti, 30 yaşlı Ramzan Kadırov Qudermes şəhərində təşkil edilən andiçmə mərasimində sülhə çağırıb. Keçmiş üsyançı olan Kadırov keçən ay Rusiya prezidenti Putin tərəfindən prezidentliyə namizəd göstərilmişdi. Onun namizədliyi Çeçenistan parlamenti tərəfindən təstiq olunub.

Xatırladaq ki, Ramazan Kadırov 2004-cü ildə sui-qəsd edilən Çeçenistanın ilk prezidenti Axmad Kadırovun oğludur. Kadırov dünən bildirib ki, sui-qəsddə əli olduğundan şübhələnilən partizan komadiri Rusiya hərbiçiləri tərəfindən qətlə yetirilib.

Human Rights, İnsan Hüquqları Təşkilatı Ramzan Kadırovu zorakılıqlarda, insan oğurluğunda və Rusiya jurnalisti Anna Politkovskayanın qətlində əli olmaqda günahlandırır. O isə bu iddihamları rədd edir.

XS
SM
MD
LG