Accessibility links

İraqda dörd Britaniya əsgəri qətlə yetirilib


İraqın Bəsrə şəhərində yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində dörd Britaniya əsgəri və bir küveytli tərcüməçi qətlə yetirilib. Britaniyanın baş naziri Toni Bleyr hücumu “terrorizmin eybəcərliyi” adlandırıb.

Digər bir xəbərdə isə bildirilir ki, Bağdadın cənubunda 9 nəfər sərnişin olan bir ABŞ hərbi vertolyotu atəşə məruz qalmış və yerə enmişdir. Şahidlər vertolyioun sünni yaraqlıların istehkamı olan Lətifiyə yaşayış məntəqəsinin üzərindən uçarkən vurulduğunu deyirlər.

Bağdadda sünnilərin İraq İslam Partiyasına məxsus olan televiziya studiyasına hücum olub. Birləşmiş Ştatlar hərbiçiləri eləcə də, koalisiya qüvvələrinin keçən həftə Əl Aftarda 100 nəfərdən çox insanın ölümü ilə nəticələnən bomba hücumunda əli olmaqda şübhəli bilinən 17 nəfəri nəzarət altına aldığını bildirirlər.

XS
SM
MD
LG