Accessibility links

Britaniya dənizçiləri psixoloji təzyiqlərə məruz qalıblar


İranın nəzarət altına aldığı və dünən azadlığa buraxdığı Britaniya dənizçiləri deyirlər ki, əsirlikdə olduqları müddətdə onlar daimi psixoloji təzyiqlərə məruz qalmışlar. Londondakı mətbuat konfransında Leytenant Feliks Karman deyib ki, 15 əsgərin gözləri bağlanmış, aqressivcəsinə dindirilmiş və tənhalıqda daş kameralarda saxlanmışlar.

Onlara deyilib ki, əgər İran sularında tutulduqlarını etiraf etsələr azadlığa buraxılacaqlar. Karman vurğulayıb ki, Britaniyalılar tutulan vaxt onlar İranın su ərazilərindən 2 kilometr aralıda olublar.

Kapitan Kris Eyr deyib ki, İran qayığları sürətlə onlara yaxınlaşmış, silahlarını tuşlamış və britaniyalı ekipaj cavab atəşi qaytarmamağa qərar vermişdir. Onlar bunun daha böyük ölümcül döyüşə səbəb olacağından ehtiyat etmişlər. Bu insidentə görə Britaniya İran Körfəzində yoxlama əməliyyatlarını dayandırdığını elan edib.

XS
SM
MD
LG