Accessibility links

İraqda intiharçı yük maşınını partladıb


İraq rəsmiləri bildirirlər ki, Əl Anbar vilayətinin Ramadi şəhərinin yaxınlığında intihaçı sürüçü bomba ilə dolu yük maşınını partladıb. Nəticədə 27 nəfər həlak olub və 30 nəfər isə yaralanıb. Ramadi Şəhər Şurasının üzvü Məhəmməd Nattah İraq televiziyasına deyib ki, hücumçu yerli vaxtla səhər saat 11-də adamların sıx olduğu yerdə maşını partladıb. Nəticədə bir çox adam yaralanıb.

Yaraqlılar bu günlərdə xlorin qazı ilə hücumlarını da artırıblar. Rəsmilər bu növ hücumların məsuliyyətini İraqın Əl Qaida terror şəbəkəsinin üzərinə atırlar.

Bu arada Bağdadın cənubunda sakinlərinin çoxu şiə olan Divaniyə şəhərində Birləşmiş Ştatlar və İraqın hərbi qüvvələrilə şiə yaraqlıları arasında atışmaların baş verdiyi və bir nəfərin həlak olduğu bildirilir. Birləşmiş Ştatların hərbi rəsmiləri deyirlər ki, İraq hərbi qüvvələri Amerika əsgərlərinin müşayiətilə şəhərə reyd təşkil ediblər. Məqsəd şəhəri hökumətin nəzarəti alına almaq olub. Şəhər radikal şiə ruhanisi Molla Möqtəda Əl Sədrə sadiq yaraqlıların nəzarəti altında idi.

XS
SM
MD
LG