Accessibility links

Pakistanda təhlükəsizlik tədbirləri möhkəmləndirilib


Pakistanda ifrat düşüncəli Mollanın ölkə miqyasında intihar hücumlarının həyata keçirilə biləcəyi barədə xəbərdarlığından sonra təhlükəsizlik tədbirləri möhkəmləndirilib.

Molla Mövlana Əbdul Əziz deyib ki, o İslama yaraşmayan hərəkətlərlə mübarizə üçün İslamabadda başçılıq etdiyi məsciddə şəriət məhkəməsi təşkil edib. Molla Əziz bu gün Qırmızı Məsciddə minlərlə tərəfdarı qarşısında etdiyi çıxışında söyləyib ki, dövlətlə qarşıdurma baş verməsini istəmir. Molla Əziz xəbərdarlıq edib ki, təhlükəsizlik qüvvələri onu gücdən istifadəylə dayandırmağa çalışsalar onda onun minlərlə cavan tərəfdarı intihar hücumları həyata keçirəcək.

Molla Əziz musiqi sidiləri, kasetləri və İslama zidd başqa şeyləri satan dükanların bağlanması üçün hökumətə bir ay vaxt verdiyini bildirib. Prezident Pərvəz Müşərrəf isə deyib ki, hökumət bu məscidin müdavimlərinin qanunu öz əllərinə almalarına imkan verməyəcək.

XS
SM
MD
LG