Accessibility links

Dünya Ərzaq Proqramı Əfqanıstana yardımı artıracağını bildirib


BMT-nin Dünya Ərzaq Proqramı komitəsi Əfqanıstanda seldən ziyan çəkən 60 000-dən çox insana yardımı genişləndirəcəyini bildirib. Komitənin sözçüsü Simon Ploes bildirib ki, mart ayının ortalarından bəri başlayan güclü yağışlar nəticəsində baş verən sellər onlarla adamın ölümünə, minlərlə insanın isə evsiz-eşiksiz qalmasına səbəb olub.

Dünya Ərzaq Proqramı Komitəsi artıq təcili olaraq Əfqanıstana 1000 tondan artıq ərzaq göndərdiyini bildirib. Ploes eləcə də deyib ki, cənubdaki Taliban yaraqlıları humanitar yardımların təhlükəsizliyinə hədə törədir.

XS
SM
MD
LG