Accessibility links

Prezident Buş Konqresi yeni qanun layihəsi qəbul etməyə çağırıb


Prezident Buş həftəlik radiomüraciətində Konqresi, İraq və Əfqanıstandakı hərbi əməliyyatların maliyyələşdirilməsi barədə ABŞ qoşunlarının İraqdan geri çəkilməsi üçün vaxt cədvəli müəyyən etməyən qanun layihəsi qəbul etməyə çağırıb. O, çıxışında deyib ki, indi Konqres tətildə olduğuna görə belə bir layihə cari ayın sonunda ona göndərilə bilər.

Konqresin sessiyası başlayandan sonra Nümayəndələr Palatası və Senatın hazırladıqları ayrı-ayrı qanun layihələri Uzlaşdırma Komitəsində uyğunlaşdırılmalı və daha sonra iki palata tərəfindən səsə qoyulmalıdır. İki palatanın da qəbul etdikləri layihələr İraqdan ABŞ qoşunlarının geri çəkilməsi üçün vaxt cədvəli müəyyən edir.

Prezident Buş isə belə bir qanun layihəsinə veto qoyacağını bildirib. ABŞ prezidenti deyib ki, qısa müddət ərzində ABŞ qoşunları maliyyələşdirmənin çatışmamasının təsirlərini hiss edəcəklər. Ancaq hökumətin hazırlatdığı müstəqil bir hesabatın nəticələrinə görə ABŞ ordusunun hazırki imkanları İraqdakı əməliyyatları iyul ayına qədər davam etdirməyə kifayət edir. Prezident Buş İraq və Əfqanıstandakı hərbi əməliyyatlar üçün Konqresdən 100 milyard dollarlıq təcili vəsait tələb edib.

XS
SM
MD
LG