Accessibility links

İsrail gizirinin azad edilməsi İsrail-Fələstin sülh danışıqlarına töhfə olardı


İsrail və Fələstin rəsmiləri əsir götürülmüş İsrail əsgəri ilə mümkün məhbus mübadiləsində müyyən irəliləyişin olduğunu bildirirlər. Qəzza yaraqlıları ələ keçirdikləri İsrail əsgərini fələstinli dustaqlara dəyişmək istəyir. İsrail giziri Gilad Şalitin azad edilməsi İsrail-Fələstin sülh danışıqlarına töhfə olardı.

Hamas sözçüsü Qazi Hamad deyir ki, İsrail mübadiləyə razı olsa, əsgər bir həftəyə azad oluna bilər. Lakin İsrail naziri Rafi Eytan məhbusların buraxılmasının İsrailə təhlükə ola biləcəyini deyib. Azad oluna biləcək məhbuslar sırasında Fələstin üsyanının lideri Mərvan Barquti və Fələstin Azadlıq Cəbhəsinin başçısı Əhməd Səadət də var.

Bu arada bildirilir ki, bu gün Qərb Sahilinin Hebron şəhərində fələstinlilər tərəfindən iki İsrail polisinə bıçaqla edilən hücumdan sonra, İsrailin təhlükəsizlik qüvvələri bir fələstinlini yaralayıb.

XS
SM
MD
LG