Accessibility links

Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılmasına çağırılır


53 Nobel sülh mükafatı laureatı Ermənistan və Türkiyəni əlaqələr və insan hüquqları vəziyyətinin yaxşılaşdırılmasına çağırıb. Holokastdan qurtaranlar və Nobel sülh mükafatına layiq görülənlərin “Elie Viesel Bəşəriyyət üçün” fondunun açıqladığı məktubda Ermənistan və Türkiyə ortaq sərhədlərin açılışı və diplomatik əlaqələrin bərpasına səslənir. Məktubda bildirilir ki, məhz bu yolla xalqlar arasında anlaşmaya doğru addımlar atmaq mümkün olar. Burada Ermənistan avtoritar siyasətinin dəyişdirilməsi, azad və ədalətli seçkilər keçirilməsinə çağırılır. Türkiyədən isə dini və etnik zəmində ayrı-seçkiliklərə son qoyulması və türkçülüyə təhqiri kriminallaşdıran qanunun ləğvi istənilir.

XS
SM
MD
LG