Accessibility links

Qırğızıstan prezidenti müxalifəti dövlət çevrilişində ittiham edir


Qırğızıstan prezidenti Kurmanbek Bakiyev müxalifəti dövlət çevrilişi cəhdində ittiham edib. Bu gün açıqlnan bəyanatda prezident müxalifətin hakimiyyəti qeyri-leqal şəkildə dəyişdirmək istədiyini bildirib. O, nümayişçilərə sabah keçirilməsi planlaşdırılan aksiya zamanı qanun pozuntularına yol verildiyi təqdirdə, ciddi ölçülər götürüləcəyi barədə xəbərdarlıq verib. Qeyd edək ki, müxalif qruplar prezident Bakiyevin istefası və erkən seçkilər keçirilməsini tələb edir. Kurmanbek Bakiyev korrupsiyada ittiham edilir.

XS
SM
MD
LG