Accessibility links

Əlcəzair paytaxtında bomba partlayışı 23 adamın ölümü ilə nəticələnib


Əlcəzair baş nazirinin iqamətgahı və paytaxtın polis məntəqəsi yaxınlığında bombalar partlayıb. Rəsmilərin dediyinə görə 2 partlayış nəticəsində ən azı 23 nəfər ölmüş, 160 nəfərsə yaralanmışdır. Şahidlər deyirlər ki, intiharçı maşına qoyulmuş bombanı baş nazir Əbdüləziz Belkhademin iqamətgahı qarşısında partladılıb. Hücum zamanı xəsarət almamış baş nazir əməliyyatı cinayətkar və qorxaq bir əməl adlandırıb. Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Yaxın keçmişdə Əlcəzairdə baş vermiş bomba hücumlarına görə İslam Məğribində Əl Qaida Təşkilatı məsuliyyəti öz üzərinə götürmüşdü.
XS
SM
MD
LG