Accessibility links

Qəbilələr Əl Qaida ilə əlaqəli yaraqlılara qarşı hücuma keçiblər


Pakistan prezidenti Pərviz Müşərrəf deyib ki, Əfqanıstanla sərhəd regionda yerli qəbilə döyüşçüləri son həftələr 300-ə yaxın militant öldürüblər. Bu gün İslamabadda hərbi konfransda çıxış edən general Müşərrəf deyib ki, Cənubi Vəziristanın əhalisi əsasən özbəklər və çeçenlərin təşkil etdiyi qruplaşmalara qarşı mübarizə aparmağa başlayıblar. Onun dediyinə görə, qəbilə üzvləri Pakistan hökumətindən hərbi yardım istəmiş və bu yardımı almışlar.

Qəbilələr Pakistan hökuməti ilə razılığa əsasən ötən ay Əl Qaida ilə əlaqəli yaraqlılara qarşı hücuma keçiblər. ABŞ və Əfqan rəsmiləri bu militantları Əfqanıstandakı NATO qüvvələrinə qarşı əməliyyatlarda günahlandırırlar.

XS
SM
MD
LG