Accessibility links

Bağdadda bomba partlayışı nəticəsində üç İraq qanunvericisi həlak olub


Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmilərinin bildirdiyinə görə, Bağdadda parlament binasında bomba hücumu nəticəsində 8 nəfər qətlə yetirilib, 20-dən çox adam yaralanıb. İraq rəsmiləri ölənlərin üçünün qanuverici olduğunu və intiharçının bombanı yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü Bağdadın “Yaşıl zona” adlanan hissəsində kafeteriyada partlatdığını bildirirlər. Parlamentin spikeri Mahmud əl-Məşhədəni dövlət televiziyasında çıxışı zamanı qanunvericilərin cümə günü onun sözlərilə, terrorizmə baş əyməyəcklərini nümayiş etdirmək üçün xüsusi iclas keçirəcəyini deyib.

Bundan öncə Əl-Şərəfiyyə körpüsü üzərində yük maşınına yerləşdirilmiş bomba partlayışı 8 adamın ölümü, 22 nəfərin yaralanmasına səbəb olmuşdu. Partlayış nəticəsində körpü dağılmış, maşınlar Dəclə çayına düşmüşdür.

XS
SM
MD
LG