Accessibility links

Duma ABŞ-ı ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib


Rusiya qanunvericiləri ölkədə qarşıdan gələn parlament və prezident seçkilərindən öncə Birləşmiş Ştatları Rusiyada gedən siyasi proseslərə müdaxilə etməkdə ittiham ediblər.

Rusiya parlamentinin aşağı palatası Duma ABŞ rəsmilərini Rusiyadakı inkişafları təhrif edilmiş şəkildə təqdim etdiyi deyilən treyninq kursları, seminarlar və digər tədbirləri maliyyəşdirməkdə ittiham edib. Dumadakı qanunvericilər xüsusi olaraq ABŞ Dövlət Departamentinin Rusiyada insan haqları və demokratiya sahəsində vəziyyəti tənqid edən hesabatını qeyd ediblər.
Parlamentin yuxarı palatası olan Federasiya şurası eyni addımı ataraq, hesabatı Rusiyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Qanunvericilərin bu addımı prezident Vladimir Putini demokratiyanı boğmaq səylərində ittiham edən Kremlin tənqidçisi olan “Druqaya Rossiya” qrupunun Moksvada planlaşdırdığı yürüşdən öncə atılır.
“Druqaya Rossiya” yürüşü demokrat fəalların ənənəvi olaraq toplaşdığı Puşkin meydanında keçirməyi planlaşdırırdı. Lakin rəsmilər bildiriblər ki, Kreml tərəfdarı qrup olan “Molodaya Qvardiya” artıq bu yeri özü üçün götürüb.
Rusiya polisinin yüksək səviyyəli rəsmiləri qeyri-qanuni hər hansı bir etiraz aksiyasının qarşısının alınacağı haqda xəbərdarlıq ediblər.

XS
SM
MD
LG