Accessibility links

Moskvada nümayiş cəhdinin qarşısı alınıb


Rusiyanın paytaxtı Moskvanın Puşkin meydadnında bu gün müxalifət tərəfadrlarının iştirakı ilə keçirilən aksiya cəhdinin qarşısı alınıb. 200-ə yaxın fəlalın nəzarət altına alındığı bildirilir. Şahidlər və mətbuatın bildirdiyinə görə, müxalifət lideri, şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov da saxlanılanlar arasındadır.

Bugünkü aksiya Kasparov və sabiq baş nazir Mixail Kasyanovun başçılıq etdiyi anti-Kreml koalisiyası olan "Druqaya Rossiya" tərəfindən təşkil edilmişdi. Onlar prezident Vladimir Putini gələn il keçiriləcək seçkilərdən öncə mətbuata nəzarəti artırmaqda və demokratiyanı boğmaqda günahlandırır.

Aksiya iştirakçıları 2008-ci il prezident seçkilərinin azad və ədalətli keçirilməsinə çağırıblar. Sabah prezidentin vətəni Sank Peterburqda da yürüş təşkil edilməlidir

XS
SM
MD
LG