Accessibility links

Nigeriyada seçkilər keçirilir


Bu gün Nigeriyada hakimiyyətin sülh yolu ilə dəyişdiirlməsinə ilk nümunə olan ümimmilli seçkilər keçirilir. Gələn şənbə isə ölkədə prezident seçkiləri keçirilməlidir. Nigeriya boyu fəaliyyət göstərən 120 000 seçki dairəsində səs verənlərin sayının yüksək olduğu deyilir. Müşahidəçilər qubernatorlar və qanunverilərə səs verilməsinin gələn həftə prezident seçkilərində seçicilərin fəallığının göstəricisi olacağını deyirlər. Qeyd edək ki, seçkilər öncəsi yol verilən zorakılqılar səbəbi ilə çoxsayda insan həlak olmuşdu. Təkcə bu gün 7 polis işçisinin naməlum silahlı şəxslər tərəfindən öldürüldüyü xəbər verilir.

XS
SM
MD
LG