Accessibility links

Baş nazir Olmert və prezident Abbas arasında ilk görüş keçib


İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbas arasında ilk planlaşdırılmış görüş bu gün Qüdsdə keçirilib. israil və fələstinlilərin rəsmiləri liderlərin danışıqların növbəti raundunu İordan çayının qərb sahilində İyerixonda keçirməyi planlaşdırdıqlarını bildiriblər. Cənab Olmert və cənab Abbas keçən ay ABŞ Dövlət katibi Kondoliza Raysın regiona səfəri zamanı hər iki həftədən bir görüşəcəkləri haqda razılığa gəliblər. Qüdsdə baş nazir Olmertin iqamətgahında keçən görüşün bəzi detalları açıqlanıb. Lakin cənab Abbasın yaxın müşavirlərindən biri Saeb Erekat deyib ki, liderlər fələstinli məhbusların Fələstin yaraqlıları tərəfindən keçən ildən saxlanılan İsrail əsgərinə mümkün dəyişdirilməsi məsələsini müzakirə ediblər. Görüşdən öncə baş nazir Olmert danışıqların humanitar məsələlərlə məhdudlaşdırılacığını demişdi.
XS
SM
MD
LG