Accessibility links

Bağdadda bomba partlayışlarında 34 nəfər həlak olub


İraq təhlükəsizlik qüvvələrinin rəsmiləri bildirirlər ki, Bağdadın əsas etibarilə şiələrin yaşadığı hissələrində bomba partlayışları zamanı 34 adam həlak olub. Paytaxtın cənub qərbində Əl-Şurta Əl Rəbiyə bazarı yaxınlığında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 15 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Bu hadisədən bir qədər sonra sakinlərinin əksəriyyəti şiə olan Karradəh mahalında avtobusda baş vermiş bomba partlayışı zamanı 11 adam həlak olub. Bağdadın şimal qərbində dördüncü bomba hücumu azı altı nəfərin ölümünə səbəb olub.
Bu gün baş vermiş daha bir insident zamanı isə Bağdadın şimalında Britaniyanın iki vertolyotunun qəzaya uğraması 2 əsgərin həlak olması, beş əsgərin yaralanması ilə nəticələnib.
XS
SM
MD
LG