Accessibility links

Qırğızıstan müxalifəti islahatlar tələbi ilə nümayişləri davam etdirir


Qırğızıstanın müxalifət fəalları parlament binası qarşısında toplaşaraq, prezidentin səlahiyyətlərini məhdudlaşdıran konstitusiya islahatlarının dərhal həyata keçirilməsinə çağırıb. Bişkekdən alınan xəbərlərdə deyilir ki, aksiyada 1000-ə yaxın müxalifət tərəfdarı iştirak edib. Düzəlişlərin həyata keçirilməsi üçün parlament Konstitusiya Məhkəməsinin yeni hakimlərini təsdiq etməlidir. Lakin bu gün qanunvericilər nominasiyaların elan edilməsini sabaha qədər təxirə salıb. Qeyd edək ki, prezident Kurmanbek Bakiyevin istefası tələbi ilə etiraz aksiyaları keçən həftənin çərşənbə günündən başlayıb. Prezident korrupsiyada ittiham edilir.

XS
SM
MD
LG