Accessibility links

Əl-Sədrin siyasi bloku nazirlər kabinetini tərk edib


İraqın radikal şiə lideri Müqtəda Əl-Sədrin siyasi bloku koalisya hökumətindən ayrılıb. Bu gün qanunverici Nasir Əl-Rubayi ABŞ qüvvələrinin İraqdan çıxarılmasına vaxt qoyulması tələbi ilə 6 nazirin baş nazir Nuri Əl-Maliki kabinetini təkr etdiyini bildirib. Baş nazir Nuri Əl-Maliki Sədrin qərarını alqışlayaraq, nazirlər kabinetində 6 yerin yeni nazirlər üçün boşaldığını deyib. O bildirib ki, İraq ordusu təhlükəsizliklə bağlı məsuliyyətləti üzərinə götürməyə hazır olmayanadək, xarici qüvvələr ölkəni tərk etməyəcək. Bu gün İraqın neftlə zəngin Bəsrə şəhərində minlərlə insanın iştirakı ilə etiraz aksitası keçirilib. Aksiya iştirakçıları vilayətin qurbernatoru Məhəmməd Əl-Veylinin istefasını tələb ediblər. Əl-Veyli isə radikal şiə lideri Müqtəda Əl-Sədr də daxil edilməklə, onun siyasi rəqiblərinin bu nümayişi təşkil etdiyini bildirib. Eyni zamanda bu gün şimal Mosul şəhərində yoxlanış məntəqəsinin hücuma məruz qalması nəticəsində 13 İraq əsgərinin həlak olduğu bildirilir. Silahlı şəxslər tərəfindən bu gün Mosul şəhər universitetinin iki professoru öldürülüb. ABŞ hərbiçiləri bildirirlər ki, koalisya qüvvələrinin təsadüfi atəşi nəticəsində 3 iraq polisi həlak olub, biri isə yaralanıb. Hadisə Ramadi şəhərində Əl-Qaidə yaraqlılarına qarşı reyd zamanı baş verib.

XS
SM
MD
LG