Accessibility links

ABŞ Rusiyada hadisələri yaxından izləyir


Birləşmiş Ştatlar Rusiya polisinin Kreml əleyhinə nümayişləri dağıtmasından sonra hadisələri və seçkilərdən öncə mediyanı yaxından izlədyini bəyan edib. Dövlət Departamentinin sözçüsü Şon Makkormak deyib ki, nümayişlərin dağıdılması Rusiyada seçkilər zamanı müxalifətin öz fikirlərini azad və dinc yolla ifadə edə bilib-bilməməsini şübhə altına alır. Berlində Almaniya hökumətinin sözçüsü Tomas Steq polisin nümayişləri dağıtmasını qəbuledilməz adlandıraraq deyib ki, Almaniya Moksvadan izahat gözləyir. Almaniya hazırda Avropa Birliyində rotasiya üzrə prezidentliyi icra edir. Röyter agentliyi Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə istinadən xəbər verib ki, polisin aksiyaları “ultra radikallar”-ın qanun-qaydanı pozmasının qarşısını almaq məqsədi daşıyırdı.
XS
SM
MD
LG