Accessibility links

Ukraynanın Konstitusiya Məhkəməsi prezidentin fərmanını nəzərdən keçirir


Bu gün paytaxt Kiyevdə Ukraynanın Konstitusiya Məhkəməsi prezident Viktor Yuşşenkonun parlamentin buraxılmasına və yeni seçkilər keçirilməsinə dair fərmanını nəzərdən keçirir. Məhkəmə dinləmələrinin keçirildiyi vaxt Ukraynanın siyasi partiyalarını dəstəkləyənlər Konstitusiya Məhkəməsi qarşısında toplaşmışdılar.

Bunda əvvəl baş nazir Yanukoviç prezidentin fərmanının konstitusiyaya zidd olduğunu demiş və qanuni qərar qəbul edilənə qədər parlamenti işini davam etdirməyə çağırmışdı. Prezident Yuşşenko isə baş naziri hakimiyyəti qeyri-qanuni əlinə keçirməyə çalışdığında günahlandıraraq, yeni seçkilərlə bağlı qərarını bir daha müdafiə etmişdir.

Hal-hazırda hamının diqqəti Konstitusiya Məhkəməsinin çıxaracağı qərara yönəlib. Bu gün başlayan prosesin bir ayadək davam edəcəyi bildirilir. Həm prezident, həm də baş nazir Viktor Yanukoviç məhkəmənin qərarına riayət edəcəklərini deyiblər. Dünən baş nazir bildirmişdi ki, məhkəmə prezidentin fərmanının qeyri-konstitusion elan etsə, onun impeç edilməsinə çalışacaq.

Lakin siyasi ekspertlər məhkəmənin qərarının yeni mübahsilərə yol açacağını deyirlər. Onların fikrincə, əgər tərəflər həqiqətən də məhkəmənin qərarına riayət etmək niyyətindədirlərsə, fikirlərini indi dəyişə bilərlər.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin 6 hakimi prezident, 6-sı parlament, digər 6-sı isə ictimaiyyət tətərifnən seçilib. Onlardan beşi təzyiqlər altında olduqlarına görə prosesi artıq boykot edib.

XS
SM
MD
LG