Accessibility links

Amerika universitetində faciəvi insident baş verib


Hadisə ABŞ-ın Virciniya ştatının Vaşiqntondan 386 km-lik məsafədə yerləşən Blaksburq texnologiya universitetinin yataqxanası və auditoriyasında baş verib. ABŞ prezidenti Corc Buş hadisədən sonra bildirib ki, təhsil ocaqları təhlükəsiz yer olmalıdır. Əks təqdirdə bu, Amerikanın bütün məktəblərinə təsirini göstərir-deyə prezident bildirib. Prezident deyib ki, bu gün xalqımız Virciniya Texnoloji Universitetində əzizlərini itirənlərin kədərini bölüşür. Biz onların ruhuna dua edir, Allahdan onların ruhlarını şad etməsini diləyirik- deyə ABŞ prezidenti bildirib. Hücum tələbələrin cib telefonları ilə lentə alınıb. Şahidlərin dediyinə görə, hücum zamanı tələbələr pəncərələrdən tullanıb. Universitetinin prezidenti Çarlz Steger bildirib ki, dünən Viciniya Texniloji Universitetində 30-dan artıq tələbə və özünü güllələyən şəxs universitetin tələbəsi olub. Polis həmin şəxsin universitetin son kursunda oxuyan Cənubi Koreyadan 23 yaşlı Cho Seung-Hui və onun Amerikanın daimi sakini olduğunu müyyən edib. Polis universitetin yataqxanasına da hücumun həmin şəxs tərəfindən edildiyini təxmin etsə də, bunun dəqiqiləşdiriləcəyini bidlirib. Qeyd edək ki, yataqxanada iki tələbə güllə atəşinin qurbanı olmuşdu. Hücumçunun özünün də yataqxanada qaldığı bildirilir. Lakin bu, onun hücum etdiyi yataqxana deyil. Hücumun motivləri haqda məlumat verilmir. Tələbələr və onların ailə üzvləri təqribən 2 saat ara verilən birinci hücumdan sonra xəbardarlıq edilmədiyi, universitetdə dərslərin dayandırılmadığına qəzəblərini bildiriblər. Bu gün ABŞ prezidenti də daxil edilməklə, yerli vaxtla saat 14:00-də tələbələr, işçi heyəti və siyasi liderlərin iştirakı ilə anım mərasimi keçiriləcək. Bu gün bağlı elan edilən universitetdə 2600 tələbə təsil alır, Onların 1400-nün xaricilər olduğu deyilir.

XS
SM
MD
LG