Accessibility links

Cənubi Koreya Virciniya ştatına diplomatlar göndərir


Cənubi Koreya hökuməti əslən bu ölkədən olan tələbənin özünü və azı 30 digər tələbəni öldürdüyü Virciniya ştatına diplomatlar göndərib.

Cənubi Koreya prezidenti Roh Mu Hyun bildirib ki, onun ölkəsi Virciniya Texnoloji Universitetində qətliamdan sarsılıb və dərin hüzn hissi ilə qurbanların ruhuna dua oxuyur.

Cənab Roh prezident Buşa başsağlığı teleqramı göndərib və bu gün faciəni müzakirə etmək üçün köməkçiləri ilə toplantı keçirib.

23 yaşlı Ço Syunq Hu 1992-ci ildə ailəsi ilə birgə ABŞ-a köçdükdən sonra həyatının əsas hissəsini Birləşmiş Ştatlarda yaşayıb.

XS
SM
MD
LG