Accessibility links

Robert Geyts İraqa gözlənilməz səfər edib


ABŞ-ın müdafiə naziri Robert Geyts İsrailin baş naziri Ehud Olmertlə Qüdsdə təşkil edilən görüş zamanı regionda cərəyan edən hadiəsləri müzkirə edib. ABŞ-ın müdafiə nazirinin səfərini mühüm adlandıran cənab Olmert deyib ki, nazir bir neçə dəfə İsrailə səfər etsə də, bu dəfə onun səfəri əvvəlkilərdən fərqlidir. Belə ki, indi Robert Geyts müdafiə naziri kimi oraya gedib. Baş nazirlə görüşməzdən əvvəl ABŞ-ın müdafiə naziri İsrailin xarici işlər naziri Tzipi Livni ilə danışıqlar keçirmişdi.

Robert Geyts bu gün eləcə də gözlənilməz səfərlə İsraildən İraqa gedib. O deyib ki, ABŞ-ın İraq hökumətinə dəstəyinin müddətsiz olmadığını İraqın liderlərinə çatdırmaq istəyir.

XS
SM
MD
LG