Accessibility links

Qəzzada beynəlxalq məktəbə hücum


Fələstin təhlükəsizlik rəsmiləri Qəzzanın şimalında beynəlxalq məktəbdə silahlı hücumçuların partlayış törətdiyini, dağıntılar olduğunu, lakin heç kimin xəsarət almadığını deyirlər.

Rəsmilər bildirir ki, silahlı şəxslər Amerika Beynəlxalq Məktəbində təhlükəsizlik əməkdaşlarına üstün gələrək binaya daxil olmuş və müxtəlif yerlərdə bir neçə bomba partlatmışlar.

Digər bir insidentdə İordan çayının qərb sahilinin şimal hissəsində İsrail əsgərləri fələstinli polisi gülə ilə öldürüblər. Hər iki tərəfin rəsmiləri bildirir ki, Məhəmməd Abid israil əsgərləri yaraqlılarla döyüşərkən öz evinin pəncərəsindən ona dəyən güllə yarasından həlak olub.

Polis işçisinin döyüşdə iştirak edib-etmədiyi bəlli deyil.

İsrail əsgərləri İordan çayının Qərb sahilində yaraqlı axtarışı məqsədilə tez tez reydlər keçirir.

XS
SM
MD
LG