Accessibility links

Nyu York Tayms: Vaşinqton Moskvaya əməkdaşlıq təklif edir


Şənbə günü Nyu York Tayms qəzetində dərc olunan məlumata görə, ABŞ Polşa və Çex Respublikasında raketdən müdafiə sisteminin quraşdırılmasına Moskvanın etirazını səngitmək üçün bəzi qurğuları Rusiya ilə birləşdirməyi təklif edib.

Qəzetdə bu gün dərc olunan məqalədə adı çəkilməyən rəsmi mənbəyə istinadən bildirilir ki, təkliflər paketinə bəzi ABŞ və Rusiya raketdən müdafiə sistemlərinin əlaqələndirilməsi də daxildir.

Danışıqlarda iştirak edən yüksək rütbəli mənbəyə istinad edən qəzet bildirir ki, bu təşəbbüslər indiyə kimi Buş administrasiyasının Kremlə etdiyi təkliflər arasında "ən dərin, ən detallı və daha konkret" təklifləri ehtiva edir.

Birləşmiş Ştatlar İran və Şimali Koreya kimi qanundan kənar ölkələrdən hücumların qarşısını almaq üçün Polşada 10 qəbuledici qurğu və Çex respublikasında radar sistemi quraşdırmaq istəyir.

XS
SM
MD
LG