Accessibility links

BMT ölkələri Təhlükəsizlik Şurasının genişlənməsini istəyir


BMT Baş Assambleyasının 192 üzvü arasında keçirilən sorğunun nəticələrinə əsaslanan hesabatda Təhlükəsizlik Şurasının tərkibinin müvəqqəti olaraq genişlənməsi təklif edilir.

BMT-nin cümə günü açıqladığı hesabat Çin, Xorvatiya, Kipr, Tunis və Hollandiya elçiləri tərəfindən hazırlanıb. Onlar 15 nəfərlik Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsinə böyük dəstək olduğunu aşkarlayıblar. Lakin onlar onu da qeyd edirlər ki, əlavə yerlərin hansı ölkələrə veriləcəyi mövzusunda rəqabət indiyə kimi Şurada islahatlar keçirilməsinə mane olub.

Hesabatda deyilir ki, Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyə ən çox töhfəsini vermiş ölkələr hesabına, eyni zamanda coğrafi balans saxlanılmaqla genişləndirilməlidir. Genişlənmə həmçinin inkişafda olan və kiçik ölkələrin təmsil olunmaması problemini də həll etməlidir, deyə hesabatda qeyd olunur.

XS
SM
MD
LG