Accessibility links

İranda qadınlara qarşı yeni təzyiqlər dalğası


İran rəhbərliyi ölkədə hakim olan müsəlman geyim qaydalarına uyğun geyinməyən qadınlara qarşı yeni təzyiq dalğasına başlayıb.

Polis saçlarını örtməyən və bədənin quruluşunu göstərən sıx paltarlar geyən qadınlara qarşı 1300-ə qədər xəbərdarlıq edildiyini deyib. Bu qadınlardan 59-nun işi məhkəməyə göndərilib.

İran rəhbərliyi belə aksiyaları ara-sıra xüsusilə də yay vaxtı, adamların daha nazik paltarlar geydiyi vaxt həyata keçirir.

1997-ci ildə Məhəmməd Xatəmi prezident olduqdan sonra bu cür qaydaların qüvvəsi zəifləmişdi. Lakin sərt xətt tərəfdarları və mühafizəkar ruhanilər indiki prezident Mahmud Əhmədinejadı İslam qanunlarını yenidən qüvvəyə mindirməyə çağırmışdı.

XS
SM
MD
LG