Accessibility links

Somalidə döyüşlər davam edir


Somalinin paytaxtı Moqadişunun sakinlərinin bildirdiklərinə görə, rəqib qüvvələr arasında döyüşlər davam edir. Onlar artilleriya və raketlərdən istifadə edirlər.

Efiopiya və Somalinin hökumət qüvvələri ilə İslamçı üsyançılar arasında çərşənbə günündən başlayan atışmalar bu gün səhər də davam edib.

Yerli insan hüquqları qrupunun bildirdiyinə görə, şənbə günü döyüşlər nəticəsində 168 adam həlak olub, 55 adam yaralanıb.

XS
SM
MD
LG