Accessibility links

Rusiyanın eks-prezidenti Boris Yeltsin vəfat edib


Rusiyanın eks-prezidenti Boris Yeltsin 76 yaşında dünyasını dəyişib. Rusiyanın xəbər agentliklərinin Yeltsinin ölümü haqda xəbərini Kreml rəsmiləri təsdiq edib. 1987-ci ildə Sovet lideri Mixail Qorbaçovu kəskin tənqid edən Yeltsin 4 ildən sonra seçkilər yolu ilə Rusiyaya prezident seçilmişdi. 1996-cı ildə yenidən prezident seçilən Boris Yeltsin səhhət problemlərinə görə 1999-cu ilin dekabr ayının 31-i istefa vermişdi. Ağ Ev rəsmiləri eks-prezidenti tarixi şəxsiyyət adlandırıb. Milli Təhlükəsizlik Şurasının sözçüsü Rusiya xaqlı və Yeltinin xanımına Amerika adından başsağlığı verib. Sabiq sovet prezidenti Mixail Qorbaçov Rusiyanın inkişaflarında Yeltsinin rolunu yüksək qiymətləndirsə də, onun ciddi səhvlərə yol verdiyini deyib.

XS
SM
MD
LG