Accessibility links

Israil müstəqilliyinin 59-cu ildönümünü qeyd edir


Bu gün İsrailin müstəqilliyinin 59-cu ildönümünü Həmas qrupu Qəzza zolağından İsrailin cənub bölgəsinə bir neçə raket atıb. Son 5 ay ərzində Həmas qrupu ilk dəfə heç bir ölüm və ya dağıntıya səbəb olmamış hücumun məsuliyyətini üzərinə götürüb. Həmasın silahlı qanadının rəhbərlərindən biri yeni hücumlar hədəsi ilə İsrail və Fələstinin yaraqlı qrupu arasında əldə edimiş atəşkəs razılığının başa çatdığını deyib. Qəzza zolağında təşkil edilən mətbuat konfransında Həmas rəhbəri və Fələstinin milli barışıq hökümətinə rəhbərlik edən baş naziri İsmayıl Haniyyə atəşkəs razılığının başa çatması barədə heç nə deməyib. Lakin o bildirib ki, İsrailin fələstinlilərə qarşı Qərb sahilindəki hücumları və İsraillə məhbusların mübadiləsi prosessinin lənq qetməsi səbəbi ilə Dünən müharibə şəhidlərini anım mərasimində çıxış edən İsrailin baş naziri Ehud Olmert İsrailin sülh naminə güzəştlərə getməyə hazır olduğunu demiş, lakin məhbusların mübadiləsinə gəlincə İsrailin keçmiş səhvlərinə bir daha yol verməyəcəyini bildirib.Baş nazir deyib ki, İsrail əvvəllər məhbusları azad etməklə, onların israillilərə qarşı hücumlarının şahidi olmuşdu.

XS
SM
MD
LG