Accessibility links

ABŞ Müdafiə naziri Berlində danışıqlar aparır


Birləşmiş Ştatların Müdafiə naziri Robert Geyts ABŞ-ın Şərqi Avropada raketlərdən müdafiə sistemini yerləşdirmək planına Avropada dəstək qazanmaq məqsədilə Berlində danışıqlar aparır. Geyts Almaniyanın Müdafiə naziri Frans Cozef Yunq və xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşlər keçirib. Almaniya hazırda Avropa Birliyinin rotasiya üzrə prezidentliyini icra edir. Almaniyaya Varşavadan gələn ABŞ Müdafiə naziri Rusiyanın raketlərdən müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı narahatlıqlarına cavab veriləcəyini deyib. Bundan öncə Moksvada olarkən Roberts Geyts Rusiyanın plana müqavimətini yumşaltmağa çalışmışdır.

XS
SM
MD
LG