Accessibility links

Əfqanıstanda bomba partlayışında yeddi əsgər ölüb


Əfqanıstan rəsmiləri bildiriblər ki, ölkənin Pakistanla həmsərhəd Paktika vilayətində yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində yeddi əfqan əsgəri həlak olub.

Rəsmilər bombanın ordunun maşınına dəydiyini bildirib. Bununla yanaşı, Paktika vilayətində intiharçı yerli hökumət rəhbərini aparan maşının yaxınlığında özünü partladıb. Rəsmilər intiharçının hadisənin yeganə qurbanı olduğunu bildiriblər.

Bu gün habelə talibançı yaraqlılar Kabildən cənub-qərbdə Qəzni vilayətində inşaat şirkətinə hücum ediblər. Əfqanıstan rəsmiləri üç mühafizəçinin və beş yaraqlının qətlə yetirildiyini bildiriblər. Polis hücumdan sonra üç nəfərin yoxa çıxdığını deyib.

Əfqanıstan rəsmiləri ölkənin qərbində Herat vilayətində yaraqlıların polis maşınını pusquya salması nəticəsində azı üç polis nəfərini öldüyünü və iki nəfərin yaralandığını bildiriblər.

Bu gün eyni zamanda, Əfqanıstan və NATO qüvvələrilə taliban yaraqlıları arasında Zabul vilayətində toqquşma olub. 11 yaraqlının öldüyü bildirilir.
NATO və ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri keçən ildən hücumları kəskin şəkildə artıran taliban yaraqlılarına qarşı mübarizə aparırlar.

XS
SM
MD
LG