Accessibility links

Havyer Solana Əli Laricani ilə görüşüb


Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Havyer Solana və İranın nüvə danışıqlarındakı baş təmsilçisi Əli Laricani bu gün Tehranı nüvə proqramı üzrə danışıqlara geri qaytarmaq məqsədi daşıyan görüş keçirib. Ankarada keçirilən danışıqlar BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyalar tətbiq etdikdən sonra diplomatların ilk üzbəüz görüşüdür.

Görüşdən əvvəl cənab Laricani Havyer Solanadan yeni ideyalar eşidəcəyinə ümid etdiyini deyib. Solana isə görüşün mənalı danışıqlar üçün şərait yaratmağa xidmət edəcəyini deyib.

Görüş ərəfəsində Vaşinqton və onun tərəfdaşlarının İranla kompromis sövdələşməyə razı olduğu barədə şayiələr yayılıb. Həmin şayiələrə görə, İrana bəzi nüvə emalı işlərini həyata keçirmək imkanıl verilməsi nəzərdən keçirilir.

Lakin ABŞ Dövlət Departamentinin sözşüsü Qonzalo Qalleqos ABŞ-ın İranın nüvə fəaliyyəti ilə bağlı siyasətində hər hansı dəyişikliyin olmadığını bildirib. Sözçünün bildirdiyinə görə, İran mülki məqsədlərlə nüvə proqramına malik ola bilər, amma nüvə reaktorları üçün yanacaq xaricdə zənginləşdirilməlidir.

XS
SM
MD
LG