Accessibility links

Əli Laricani: nüvə məsələsi müzakirələr yolu ilə həlledilə bilər


İranın nüvə müzakirəçisi Əli Laricani Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Haviyer Solana ilə görüşün BMT-nin Təhlükəsizlik Şurasının Tehranın uranın zənginləşdirilməsi tələblərinə cavab verməməsi ilə yaranmış çıxılmaz vəziyyətlə bağlı ortaq zəmin yaradılmasına yaxınlaşıldığını bildirib.

Ankarda Türkiyənin xarici işlər naziri Abdulla Gülün də iştirak etdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında Əli Laricani deyib ki, məsələnin həlli yalnız müzakirələr yolu ilə mümkündür. Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Haviyer Solana isə bildirib ki, bizim bir yerdə olmağımızın özü mühüm inkişafdır. Türkiyənin xarici işlər naziri Abdulla Gül müxbirlərə diplomatik prosesləri dəstəklədiyini bildirib. O, məhz bu yolla müsbət nəticələr əldə ediləcəyini deyib.

XS
SM
MD
LG